"Viktoriya"nın kapitanı: "Bu vəzifənin müəyyən hissəsinin öhdəsindən gəldik"

"Qapımızda qol görməmək şərtiylə "Qarabağ"ı məğlub etmək istəyirdik. Düşünürəm ki, qarşımıza qoyulan vəzifənin müəyyən hissəsinin öhdəsindən gəldik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Çexiyanın "Viktoriya” klubunun kapitanı Roman Hubnik deyib.

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Qarabağ”la baş tutan (0:0) haqda fikirlərini açıqlayıb: "Qolsuz bərabərlik cavab matçı öncəsi ümidvericidi. Səfərdə bizə qol vurmaq lazımdı. Rəqib evdə oynadığından irəli atılacaq və bizə əks-hücum üçün boşluqlar yaranacaq. Biz də belə bir vəziyyətlərdən yararlanmağa çalışacağıq. Artıq geridə buraxdığımız matça gəlincə, biz çox yaxşı oynadıq, pressinq etməyə çalışdıq. Bu da rəqibə sürətli əks-hücum imkanları verdi. Amma onları da zərərsizləşdirdik. Cavab oyunu öncəsi hər iki komandanın mərhələ keçmək şansları bərabərdi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right