"Bakıda bizi daha çətin oyun gözləyir" - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Viktoriya” ilə keçirilən ilk oyunundan sonra görüş haqda fikirlərini bildirib.

Newsport.az saytının məlumatına görə, o, qolsuz heç-heçə qeydə alınan səfər matçı haqda bunları bildirib:

“Oyundan əvvəl bildirdiyim kimi, “Viktoriya Plzen" özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right