"Viktoriya"nın kapitanı: "Qarabağ"a evdə qalib gəlmək istəyirik"

Çexiyanın "Viktoriya" klubunun kapitanı Roman Hubnik UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Məncə, biz bu dəfə bir il əvvəlki ilə müqayisədə, avrokuboklara daha yaxşı hazırıq. Hər bir uğursuzluq vacibdir. Çünki bu, səhvləri aradan qaldırmaq barədə daha ciddi düşünməyə əsas verir. Biz də bunun üçün çalışmışıq. İki il öncə "Qarabağ"la yoxlama oyunu keçirmişdik. O dövrlə müqayisədə komandamız çox dəyişib. Qarşıdakı oyunda necə çıxış edəcəyimizi yaxşı bilirik. Aydın məsələdir ki, evdə qələbə qazanmaq istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right