"Qarabağ" haqda kifayət qədər məlumatım var"

Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Bu, mənim üçün premyeradır. Komandanı elə hazırlamağa çalışdıq ki, Çempionlar Liqasındakı rəqiblərinə qalib gəlsin. Kifayət qədər balanslaşdırılmış heyətimiz var. "Qarabağ"ı analiz etmişik. Həm çempionatlarındakı, həm də avrokuboklardakı oyunlarını izləmişik. Rəqibin son oyununu isə canlı görmüşəm. Ona görə də bu komanda və futbolçuları barəsində ətraflı məlumatımız var. Plzendə azarkeşlər vacib rol oynayırlar. Burada möhtəşəm atmosfer olur. Səbrsizliklə anşlaq olmasını gözləyirəm".

Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right