"Qarabağ" bəyanat yaydı: "Heç bir telekanalımız təşəbbüs göstərməyib"

"Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün səfərdə Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi klubun rəsmi saytı vasitəsi ilə teleyayımla bağlı bəyanat yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Ötən turda "F91 Düdelanj”la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı "youtube” kanalımızla canlı yayımlamışdı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, "youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımda verilməsi ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərməyib. "Viktoriya Plzen” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right