“Qarabağ”a məğlubiyyət “Düdelanj”ın baş məşqçisini məyus etməyib

"Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında səfərdə Lüksemburqun "F91 Düdelanj” komandası ilə 1:1 hesablı heç-heçə edərək, iki oyunun nəticəsinə görə (3:1) III təsnifat mərhələsinə vəsiqəni təmin edib.
 

Newsport.az-ın məlumatına görə, "F91 Düdelanj" klubunun baş məşqçisi Dino Topmöller qarşılaşma haqda öz fikirlərini bildirib:
 
"Maraqlı və həyəcanlı bir matç keçdi. Mərhələ keçməməyimizə görə məyus deyiləm. Çünki mənim komandam çox güclü bir rəqibə qarşı mübarizə apardı. Oyunçularım yaxşı performans ortaya qoydular. Futbolçularımla fəxr edirəm. Bu oyun bizə çempionluq üçün ümid verdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right