Marin son saniyədə qazaxları sevdi, "Seltik" möcüzəyə imkan vermədi

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın "Düdelanj"la oyun ilə yanaşı, bu gün daha 7 oyun keçirilib.

Günün ilk qarşılaşması Qazaxıstanda keçirilib. Burada son çempion "Astana" klubu Litva "Jalgiris"ini sınağa çəkib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn "Astana" növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, keçirilən 8 oyundan sonra III təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib. "Dinamo” (Gürcüstan),  "Zalsburq” (Avstriya), APOEL (Kipr), “Hapoel” (Beyer-Şeva, İsrail), BATE (Belarus), "Legiya” (Polşa), "Srvena Zvezda” (Serbiya), "Kopenhagen” (Danimarka) və "Ludoqorets” (Bolqarıstan) klublarının ardından "Qarabağ" (Azərbaycan), "Seltik" (Şotlandiya), "Astana" (Qazaxıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Rusenborq" (Norveç), "Trençin" (Slovakiya), "Partizani" (Albaniya) və "Dandolk" (İrlandiya) klubları növbəti mərhələyə yüksəlib.

 


20 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

18:00. "Astana” (Qazaxıstan) - “Jalgiris” (Litva) - 2:1
Qollar: Aniçiç, 31 (1:0), Elivelto, 57 (1:1), Aniçiç, 90+2 (2:1)
İlk oyun - 0:0

20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qollar: Ndaye, 72 (1:0), Reynaldo, 90+4 (1:1)
İlk oyun - 0:2

21:15. “Norçepinq” (İsveç) - "Rusenborq” (Norveç) 3:2
Qollar: Qitkyaer, 36-pen (0:1), de Lanlay, 55 (0:2), Anderson, 57 (1:2), Niman, 59 (2:2), Anderson, 77 (3:2)
lk oyun - 1:3

21:30. “Ferensvaroş” (Macarıstan) - "Partizani” (Albaniya) - 1:1 (Penaltilər seriyası - 1:3)
Qollar: Qera, 14-pen (1:0), Husinq, 40-avtoqol (1:1
İlk oyun - 1:1

22:15. "Trençin” (Slovakiya) - “Olimpiya” (Sloveniya) - 2:3
Qollar: Yanqa, 13 (1:0), Bero, 20 (2:0), Kelhar, 41 (2:1), Eleke, 45 (2:2), Klinar, 9 (2:3)
İlk oyun - 4:3

22:45. "Seltik" (Şotlandiya) - "Linkoln" (Cəbəllütariq) - 3:0
Qollar: Lustiq, 23 (1:0), Qriffiths, 25 (2:0), Roberts, 29 (3:0)
İlk oyun - 0:1

22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Vardar" (Makedonia) - 3:2
Qollar: Velkoski, 39 (0:1), Pyaça, 55 -pen (1:1), Şildenfeld, 62-avtoqol (1:2), Pyaça, 70-pen (2:2), Maçado, 79 (3:2)
İlk oyun - 2:1

23:15. "Hafnarfyorfur” (İslandiya) - “Dandolk” (İrlandiya) - 2:2
Qollar: Heuson, 19 (1:0), Mamllan, 52 (1:1), 62 (1:2), Finboqasson, 78 (2:2)
İlk oyun - 1:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right