"Qarabağ"a Bakıda qol vura bilsəydik..."

Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Dino Topmöller UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Bakıda bəzi istisnalar olmaqla pis müdafiə olunmadıq. Məğlub olsaq da, çoxlu müsbət məqamların da şahidi oldum. Sadəcə, qol vura bilmədiyimiz üçün təəssüflənirəm. Bunu bacarsaydıq, cavab görüşü daha baxımlı alınardı. Ola bilər ki, cavab oyununda da bizim bəxtimiz gətirdi, penalti vurmaq hüququ qazandıq. İstənilən halda yaxşı və keyfiyyətli oyun nümayiş etdirməyə çalışacağıq. Lakin onu da başa düşürü ki, on qol epizodu yaratmağımız çox çətin görünür". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right