“Qarabağ” Lüksemburqda FOTO

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Lüksemburqun "Düdelanj" komandasının qonağı olacaq "Qarabağ" artıq sözügedən ölkəyə çatıb.
Newsport.az  saytının məlumatına görə, Bakı vaxtıyla 18:00-da ölkəmizi tərk edən Ağdam təmsilçisi bu saatlarda Lüksemburqa eniş edib. "Atlılar" az sonra qalacağı oteldə məskunlaşacaq. Təmsilçimiz oyunöncəsi son məşqini bu gün axşam saatlarında keçirəcək.
 
Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" matçı iyulun 21-də baş tutacaq.  Qarşılaşma Bakı vaxtıyla saat 20:00-da reallaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right