"Qarabağ"ın 115 yaşlı, 4 qat Çexiya çempionu olan rəqibi

"Qarabağ" Çempionlar Liqasında "Düdelanj" səddini keçərsə III təsnifat mərlələsində Çexiyanın "Viktoriya" Plzen klubu ilə qarşılaşacaq.

Newsport.az  Ağdam təmsilçisinin potensial rəqibi haqda məlumatı təqdim edir:

"Viktoriya" 1911-ci ildə Çexiyanın Plzen şəhərində yaradılmış futbol klubudur. Bir neçə dəfə adını dəyişdirən klub son olaraq 1993-cü ildən hazırki adını daşıyır. Komanda Ev oyunlarını 11 min 722 tamaşaçı tutumu olan “Dusan Arena”da keçirir. 

Plzen təmsiçisi 4 dəfə ölkə çempionu olmağı bacarıb (2010-11, 2012-13, 2014-15 ve 2015-16). İki dəfə Çexiya kubokunuqazanan  (1970/71, 2009/10) "Viktoriya", iki dəfə də Super Kuboku (2010-11 ve 2015-16) başı üzərinə qaldırıb.

Çexiya klubu tarixi ərzində təsnifat mərhələsi də daxil olmaqla Çempionlar Liqasında 26 matçda 15 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət görüb. Avropa Liqasında isə meydana çıxdığı 34 qarşılaşmada 16 dəfə qələbə sevinci yaşayan çexlər, 7 matçdan sülhlə ayrılıb, 11 dəfə də meydanı məğlub tərk ediblər.

"Viktoriya" 20111/12-ci il mövsümündə ÇL-nın qrup mərhələsinə vəsiqə zanamağı bacarıb. "Barselona" və "Milan"dan sonra qrupda 3-cü yeri tutan komanda mübarizəni Avropa Liqasında davam etdirib. Burada "Şalke"yə məğlub olan "göy-qırmızılar" çıxışını dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right