"Viktoriya"nın baş məşqçisi: "Biz uğurlu olmaq üçün çalışacağıq"

"Qarabağ" "Düdelanj" səddini keçəcəyi təqdirdə Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" Plzen klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə. Çexiya klubunun baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına püşkü dəyərləndirib: "Potensial rəqiblər arasından seçim edə bilməzdik. Biz uğurlu olmaq üçün çalışacağıq. Gələn həftə bu iki komanda Lüksemburqda revanş matçında üz-üzə gələcək. Mən şəxsən həmin matçı canlı izləmək istərdim. Şübhəsiz ki, rəqib haqda bir çox məlumatlar toplaya bilərik".

Qeyd edək ki, "Qarabağ" "Düdelanj"a Bakıda keçirilən matçda 2 - 0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab matçı iyulun 20-də Lüksemburqda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right