"Viktoriya"nın futbolçusu: "Qarabağ" bizə münasib rəqib deyildi"

"Qarışıq duyğular içindəyəm. Mənimlə olsaydı, başqa rəqib seçərdim. "Qarabağ" və "Düdelanj" arasındakı cavab görüşünü izləyəcəyik. Mən Azərbaycanla müqayisədə Lüksemburqa uçmağın tərəfdarıyam". 

Newsport.az-ın məlumatına görə, bunu "Viktoriya"nın yarımmüdafiəçisi Milan Petrjela klubun rəsmi saytına açıqlamasında deyib. Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri haqda danışan çexiyalı futbolçu iki il öncə "Qarabağ"la keçirdikləri yoxlama görüşünü xatırlayıb: "İki il öncə Avstriyada "Qarabağ"la yoxlama oyunu keçirdiyimizi bilirəm. Həmin görüşdə uduzduq (1:3). "Qarabağ" bizə münasib rəqib deyildi. Ancaq biz qarşıdakı oyunlara yaxşı hazırlaşacağıq və mərhələ adlamaq üçün maksimum səy göstərəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right