"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi YENİLƏNİB

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, püşkün nəticəsinə əsasən "Qarabağ" - "Düdelanj" (Lüksümburq) cütünün rəqibi də müəyyənləşib.

Ağdam təmsilçisi "Düdelanj" (Lüksemburq) səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq. İlk oyun səfərdə olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək. 

Əlavə edək ki, "Düdelanj"la Bakıdakı oyunda 2:0 hesabı ilə qalib gələn "Qarabağ" cütün favoriti sayılır.

"Viktoriya" Plzen (Çexiya) - "Qarabağ" (Azərbaycan) / "Düdelanj" (Lüksemburq) 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right