"Neftçi" böyük komandadı"- "Şkendiya"nın baş məşqçisi

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"ylə qarşılaşacaq "Şkendiya" klubunun baş məşqçisi Bruno Akrapoviç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, bosniyalı mütəxəssis bunları deyib:

- Bütün diqqətimizi oyuna yönəltmişik. Rəqibi analiz etmişik. Bura ən yaxşı oyunumuzu göstərməyə gəlmişik. "Neftçi" böyük komandadı. Onlara qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Əlbəttə, hər iki komanda oyuna ciddi hazırlaşacağıq. Güclünün kim olacağını meydanda görəcəyik.

- "Neftçi"nin hansı oyunçusunu fərqləndirə bilərsiz?
- "Neftçi"nin "Baltsan"la hər iki oyununu izləmişəm. Araz Abdullayev, Rəhan Hacıyev, Ruslan Qurbanov həmçinin makedoniyalı futbolçu Şikovun oyununu vurğulayardım. Cinahlarda yaxşı futbolçuları var. Qapıçıları Santini də güclüdü. Onu çoxdan tanıyıram.

- "Neftçi" son illərdə avrokuboklarda ev oyunlarında qələbəyə həsrətdi. Sabahkı oyunda hansı nəticə sizi qane edəcək?
- Sabahkı oyunda qələbə və ya heç-heçə bizi qane edəcək. Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Polşa komandasına qarşı oyunlarımız asan olmadı. Çətin olsa da, mərhələni keçməyi bacardıq.

- Azərbaycan çoxlu Qyoko Hacıevski kimi makedoniyalı məşqçi və bir neçə futbolçu çıxış edib. Onlardan məsləhət almısız?
- Bu məlumatı bilmirdim. Özüm Makedoniyada 6 aydı işləyirəm. Məlumat lazım olanda video materiallara baxıb öyrənirik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right