"Düdelanj"ın futbolçusu: "Beynimdə Azərbaycan haqda qəribə suallar yaranmır"

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” öz meydanında Lüksemburqun "Düdelanj” klubunu 2-0 hesabıyla məğlub edib. Matçdan sonra "Düdelanj”ın dayaq yarımmüdafiəçisi Rodriqe Dikaba  müsahibə verib:
 
- Qarşılaşma haqqında nə deyə bilərsiniz?
- Fikrimcə, pis oynamadıq. Sözün düzü, real qol şansımız da olmadı. Amma rəqiblə başabaş mübarizə apardıq. "Qarabağ”ın güclü komanda olduğunu bilirdim. Buna meydanda bir daha əmin oldum. Bizi çətin cavab oyunu gözləyir.
 
- Cavab matçında şanslarınızı necə qiymətləndirirsiniz?
- Çox çətin olacaq. 3 cavabsız qol vurmaq asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, rəqibimiz "Qarabağ”dır. Rəqibimiz qarşısına Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləyən bir klubdur.
 
- İlk hissədə çox zəif çıxış etdiniz. "Qarabağ”ın hücumlarının qarşısını almaqda aciz görünürdünüz…
- Razıyam. Amma 2-ci hissədə cəsarətli oynadıq. İlk hissədə də yaxşı oynasaydıq, bəlkə də məğlub olmazdıq. Bu, futboldur. Məğlubiyyətimizi şişirtmək lazım deyil. "Qarabağ" bizdən adlı-sanlı komandadır. Bunu normal qarşılamaq lazımdır.
 
- Oyun başa çatan kimi Topmöller futbolçuları ətrafına topladı. O, sizə nə söylədi?
- O bizə cavab matçında inandığını söylədi. Futbolda hər şey mümkündür.
 
- Komanda yoldaşın Momar Ndiaye oyundan əvvəl bildirmişdi ki, Azərbaycan haqda düşünəndə beynimdə suallar yaranır. Bəs, sizdə necədir?
 - Momarı deyə bilmərəm, amma mənim beynimdə Azərbaycan haqda qəribə suallar yaranmır. Şəhəriniz çox gözəl və müasirdir. Çox qonaqpərvər insanlarsınız. Futbolunuz da inkişaf edir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right