"Düşünürəm ki, Qara Qarayev düz elədi" - Rəşad Sadıqov

Çempionlar Liqasının II təsnifat mərhələsi matçında “Düdelanj”a qalib gələn (2:0) “Qarabağ”ın kapitanı Rəşad Sadıqov matçdan sonra Newsport.az-ın əməkdaşının da suallarını cavablandırıb.

 
- Oyun haqqında fikirlərin maraqlıdı...
- Oyun bizim üçün rahat başlamışdı. İlk dəqiqələrdən yaxşı üstünlüyümüz var idi, iki qol da vurmuşduq. Ancaq getdikcə oyun gərginləşdi. Həm rəqib pressinq tətbiq eləməyə başladı, həm də biz istədiyimiz hücumları qura bilmədik. Ümumi götürəndə isə 2:0 da yaxşı nəticədir.
 
- İlk hissədə “Qarabağ” yaxşı hücumlar edirdi, ikinci yarıda isə sanki bir qədər geri çəkildi. Bu, baş məşqçinin tapşırığı idi, yoxsa yorulmuşduz?
- Geri çəkilmədik. Sadəcə ilk hissədə rəqib oynamağa imkan verdi, ikinci yarıda isə buna şərait yaratmadı. Çıxışlar zamanı biz də bir neçə dəfə topu itirdikdən sonra, bir qədər ehtiyatlı oynamağa başladıq.
 
- Epizodların birində rəqib hücumçu sənə qarşı kobudluq elədi və ona yaxınlaşıb nəsə dedin...
- Oyun vaxtı olan şeydi. Yadıma gəlmir nə dediyim. Əsəbləşmişdim, çünki topsuz vəziyyətdə ayağımı bərk basmışdı.
 
- Çoxdandı səni belə əsəbi görmürdük...
- Ondan qabaq da bir neçə top itirmişdim, üstünə də bu gəlincə gərginlik yaşandı. Oyuna tam hazır olmadığımızı bilirdik. Mövsümün əvvəlidi. Formaya düşmək üçün bir qədər vaxt lazımdı.
 
- Necə düşünürsən, cavab oyununda bir sürpriz ola bilər?
- Hesab 3 və ya 4:0 olsa idi, hansısa sürprizdən danışmaya bilərdik, ancaq 2:0 elə də böyük fərq deyil. Səfərdə çox diqqətli olmalıyıq. Kim ki mərhələnin həll olunduğunu düşünür, yanılır. Bizi qarşıda çox çətin 90 dəqiqə gözləyir.
 
- Azarkeş azlığı diqqətinizi çəkdi?
- Gələnlərə minnətdarlığımı bildirirəm. Normaldı da, bəzən çox olur, bəzən az olur.
 
- “Qarabağ”ın 3 oyunçusu sarı vərəqə aldı. Bu, gələcəkdə komandaya mane olmayacaq?
- Qara Qarayevin cəzalandığı epizod əks hücum idi. Düşünürəm ki, Qara düz elədi, hücumun qarşısını aldı. Dani və Maksimin epizodları isə xatırlamıram necə oldu. Əsas odu ki, mərhələni keçək, kimin oynadığı önəmli deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right