Riçard Almeyda: "Cavab matçı daha çətin olacaq"

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düedelanj"ına qarşı keçirdikləri ilk oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Matçla bağlı fikirləriniz?
- Bu rəqibə qarşı oynamağın çətin olacağını bilirdik. Hər dəfə topu itirəndə əks hücuma çıxmalarından hiss olunurdu ki, rəqib heç də asanlıqla təslim olan komanda deyil. Qələbə qazansaq da, hələ heç nə həll olunmayıb. Bizi daha çətin cavab oyunu gözləyir. Birinci oyuna necə hazırlaşmışdıqsa, cavab görüşünə də elə ciddi yanaşmalıyıq.

- 2:0-dan sonra yenə qol gözləyirdiniz? Niyə komandanız fasilədən sonra sakitləşdi?
- Daha çox qol vurmaq istəyirdim. Amma rəqib ikinci hissədə qapandı. Bütün futbolçuları meydanın özlərinə aid hissəsinə cəmləşmişdi, sıx müdafiə olunurdular. Belə olan halda rəqibə qol vurmaq asan olmur. Növbəti qolu vurmaq istəyimiz də buna görə alınmadı.

- Hər iki qolu siz vurdunuz...
- Ola bilər ki, qolları mən vurdum. Amma bu, mənim yox, bütöv komandanın qələbəsidir.

- İkinci hissədə zədə aldınız. Vəziyyətiniz necədir?
- Hər şey yaxşıdır. Sabah özümü daha yaxşı hiss edəcəyəm. Bu, elə də ağır zədə deyil.

- Bu qələbə növbəti mərhələyə çıxmaq üçün yetərlidir?
- Bizə ikinci oyunun daha çətin olacağını dedilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right