Qurban Qurbanov: "Əgər səfərdə meydana arxayın çıxsaq ..."

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” doğma azarkeşləri önündə Lüksemburqun "Düdelanj” komandasını 2-0 hesabıyla məğlub edib. 
 
Oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı baş tutub. "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmanı belə şərh edib: 

"Həm asan, həm çətin oyun oldu. Rəqibin oyunu göstərdi ki, matça yaxşı hazırlaşmışdılar. Rəqibimizdə alman ruhu var idi. "Düdelanj” çətin rəqibdi. Səfərdə ən çətin matçlarımızdan birini keçirəcəyik. Düşünürəm ki, rəqib cavab matçında çox yaxşı mübarizə aparacaq. Lüksemburqdakı stadionun durumu da yaxşı deyil. Inanıram ki, bu durum yaxın günlərdə müsbətə doğru dəyişəcək. Cavab oyununda həddindən artıq ciddi olmalyıq. Hər iki komandaya uğurlar diləyirik”
 
- İki fərqli hissə izlədik. İkinci hissədə sönük oyuna səbəb nə idi?
- Komanda ideal vəziyyətdə deyiil. İkinci hissədə rəqib fərqli futbol oynadı və biz də onların sisteminə uyğun hərəkət etdik. Komandamız ikinci hissədə də qol vurmaq istəyirdi. Səbrli olmaq və düzgün hücumlar qurmağa çalışdırdıq. 
 
- Arif Daşdəmirov və Əl Hərbinin oynamamasına səbəb nə idi?
- İmkanım olsaydı bütün futbolçulara şans verərdim. Futbolçularımız oynamağa hazırdı. Gələcək oyunlarda heyətdə dəyişiklik edə bilərik.
 
- "Qarabağ”ın 3 futbolçusu bu gün sarı vərəqə aldı. Bu rəqəm çox deyilmi?
- Düz qeyd etdiniz. Yadıma gəlmir ki, son vaxtlar bu qədər sarı vərəqə nə vaxt almışıq? Ancaq buna rəqibin oyunu məcbur etdi. Rəqibin əks-hücumunun qarşısını kəsmək istəyərkən sarı vərəqələr aldıq.

 - "Düdelanj”ın cavab oyununda "Qarabağ”a 3 qol vura biləcəyinə inanırsınız?
- İndi futbolda mümkünsüz heç nə yoxdu. Əgər səfərdə meydana arxayın çıxsaq qapımızda 3 qol görə bilərik. Çünki "Düdelanj” bunu bacara biləcək komandadı. Dediyim kimi, daha diqqətli futbol oynamalıyıq. 
 
- Üçüncü mərhələdəki potensial rəqiblərinizə nəzər yetirmisiz?
- Xeyr, nəzər yetirməmişəm. Üçüncü mərhələdə oynamaq üçün əvvəlcə bu mərhələni keçməliyik. Mən diqqətimi "Düdelanj”la keçiriləcək cavab matçına yönəltmişəm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right