"Düdelanj"ın baş məşqçisi: "Başımızı dik tuta bilərik"

UEFAÇempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” doğma azarkeşləri önündəLüksemburqun "Düdelanj” komandasını 2-0 hesabıyla məğlub edib. 
 
Oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı baş tutub. "Düdelanj”ın baş məşqçisi Dino Topmöller qarşılaşmanı belə şərh edib: 
 
"Gözlədiyimiz kimi çətin oldu. "Qaarabağ” ilk 15 dəqiqədə yaxşı oynadı və bizi təzyiq altında saxladı. "Qarabağ” həqiqətən yaxşı komandadı. Həvəskar komanda olaraq peşəkarlara qarşı yaxşı mübarizə apardıq”.
 
- Ötən gün bildirmişdiniz ki, Lüksemburq çempionu olaraq özümüzü sübut etməyə çalışacağıq. Gücünüz bu qədər idi?
- Futbolda pul hər şeyi həll eləmir. "Qarabağ” bzidən qat-qat yaxşı komandadı. Fikrimcə biz yaxşı oynadıq. Başımızı dik tuta bilərik. Komandamdan razıyam. Cavab oyununda çətin də olsa, yaxşı mübarizə aparmağa çalışacağıq. 
 
- 2-0 hesabı özünüz üçün normal nəticə hesab edirsinizmi?
- Futbolda istənilən nəticə qeydə alına bilər. Biz cavab matçında yaxşı çıxış etməyə çalışacağıq. Mərhələni keçə bilməsək, "Qarabağ”a uğurlar arzulayacağıq və yolumuza davam edəcəyik. 
 
- Qollardan sonra "Qarabağ” irəli atılmadı. Bu, sizi təəccübləndirmədi?
- Hesab "Qarabağ”ı qane etdiyi üçün risk etmədilər. Rəqib qol vurmağa çalışsa da, bunun üçün var gücüylə çalışmadı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right