"Qarabağ" "Düdelanj"a qalib gəldi YENİLƏNİB

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" turnirdə ilk matçına çıxacaq.

Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.

 


12 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu

21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) - 2:0 
Qollar: 
Riçard Almeyda, 10 (1:0), 28 (2:0)
Baş hakim: Orel Qrinfild 
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni 
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right