"Sabahkı matçın favoriti “Qarabağ”dır" - Dino Topmöller

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah baş tutacaq "Qarabağ” – "Düdelanj” oyunundan bir gün öncə Lüksemburq  klubunun baş məşqçisi Dino Topmöllerin mətbuat konfransı baş tutub. 
 

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb: 

"İlk öncə qonaqpərvərliyə görə təşəkkür edirəm. Oyunda gəlincə, "Qarabağ” çox yaxşı komandadı. Sabahkıl oyunda "Qarabağ”favoritdi. Ancaq futbolda hər şey ola bilər. İnanıram ki, bəxt və oyun amili bizim üçün yaxşı olacaq. Növbəti mərhələyə adlamaq istəyirik və bunun üçün mübarizə aparacağıq”. 
 
- Klaus Topmöllerin oğlusunuz. Atanız Gürcüstan millisində baş məşqçi olub. Gürcüstan da Azəbvaycan kimi Qafqaz ölkəsidi. Atanız sizə "Qarabağ”la bağlı hansı məsləhətləri verib?
- Atamla bir dəfə danışmışam. O, mənə Azərbaycan klubları barəsində kifayət qədər məlumat verməyib. 
 
- "Qarabağ”ın baş məşqçkisi Qurban Qurbanov sizin komandanızdan kifayət qədər məlumatlıdı. Bəs siz "Qarabağ” haqqında nə bilirsiniz?
- "Qarabağ”ın Avrokubolardakı oyunlarını izləmişəm. Rəqib topla davranışa və yerlə oyuna üstnülük verir. Texnikalı və futbol oynamağı bacaran komandaya qarşı oynayacağıq.
 
- "Qarabağ”ın hansı oyunlarını izləmisiniz?
- Rəqibimizin Avstriya toplanışı çərçivəsində baş tutan yoxlama oyunlarını izləmişəm. Ümumiyyətlə, Azərbaycan haqqında məlumat var. Azərbaycan millisində Berti Foqts kimi mütəxəssisin çalışdığını bilirdim. Hətta Almaniyada top qovan Rüfət Ddaşovun Azərbaycan əsilli futbolçu olmasından xəbərdaram. 
 
- "Düdelanj” "Qarabağ”la oyunda nəyə ümid edir?
- Biz Lükseburq çempionuyuq və çempion olduğumuzu sübut etməliyik. Biz adımıza layiq futbol sərgiləməyhə çalışacağıq. Dediyim kimi, "Qarabağ” favorit olsa da, biz asan təslim olmayacağıq. 
 
- "Qarabağ”ın son durumundan xəbərdarsınız?
- Futbolda hər şey çox dəyişir. Biz bilirik ki, sabah meydanda hər iki komandanın heyətində 11 futbolçu meydanda olacaq. Biz nəticə üçün döyüşəcəyik. Son Avropa çempionatında da sürprizlə şahid olduq. İslandiya İngiltərə kimi klomandanı mübarizədən kənarlaşdırdı. Niyə də, biz favorit komandanı mübarizədən kənarlaşdıra bilməyək?
 
- Sabahkı oyunda sizi hansı nəticə qane edəcək?
- Növbəti mərhələyə vəsiqə üçün hansı hesab qeydə alınsa, razı olacam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right