Reynaldonun son durumu: “Düdelanj”a qarşı oynaya biləcəkmi?

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ” klubu ciddi itki ilə üzləşib. Ağdam klubunun aparıcı futbolçusu Reynaldo zədələnərək sıradan çıxıb. 
 
"Sambaçı” zədəsinə görə, komandanın ötən gün baş tutan məşqində iştirak etməyib. 
 

Newsport.az saytı 26 yaşlı futbolçunun durumu ilə bağlı məlumat əldə edib. Bizdə olan məlumata görə təcrübəli futbolçunun durumu ciddi deyil və onun Çempionlar Liqasının ilk matçında komandasına kömək edə biləcəyi gözlənilir. 
 
Qeyd edək ki, "Qarabağ” Çmpionlar Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayacaq ki, komandanın rəqibi Lüksemburuqun "Düdelanj” komandasıdı. Tərəflər arasında ilk matç Bakıda baş tutacaq. Qarşılaşma iyul ayının 12-si Tofiq Bəhramov adına Respublik Stadiionunda keçiriləcək. Matç Bakı vaxtıyla 21:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right