Qurban Qurbanov və rəqibi fərqli məkanlarda

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "F91 Düdelanj" (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
 
Newsport.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq iyulun 11-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun mətbuat zalında ağdamlıların baş məşqçisi Qurban Qurbanov saat 18:15-da media mənsublarının önünə çıxacaq.
 
Komandanın son məşqi isə saat 18:45-də klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
Rəqibin baş məşqçisi isə həmin gün saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
 
Qeyd edək ki, saat 19:00-da klub tərəfindən ayrılmış avtobus media mənsublarını son məşqin baş tutacağı bazadan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right