“Qarabağ” – “Düdelanj” matçını idarə edəcək hakimlər briqadası

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləək "Qarabağ” – "Düdelanj” oyununu idarə edəcək hakimlər birqadasının adları açıqlanıb.
 

Newsport.az-ın məlumatına görə, matçı İsraildən olan hakimər idarə edəcək. Bakıda baş tutacaq qarşılaşmada ədalət təmsilçisi Orel Qrinfild olacaq. Onun köməkçiləri vəzifəsini Danni Krasikov və İdan Yarkoni yerinə yetirəcək. Menaşe Masiah isə qarşılaşmada 4-cü hakim funksiyasını yerinə yetirməli olacaq. 
 
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçda hakim-inspektor Zdravko Yokiç olacaq. Ukraynalı Vladimir Çorno isə UEFA nümayəndəsi kimi Bakıya təşrif buyuracaq. 
 
Qeyd edək ki, qarşılaşma iyulun 12-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right