"Qarabağ"ın oyununun biletləri satışda

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "F91 Düdelanj" (Lüksemburq) qarşılaşmasının biletləri bugündən etibarən satışa çıxarılıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə etmək olar.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13 və 16-18 nömrəli sektorlar - 5AZN

VİP (14-15 sektorlar) - 30 AZN

Qeyd edək ki, "Qarabağ" - "F91 Düdelanj" matçı iyulun 12-i, saat 21.00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right