"Qarabağ" - "Düdelanj" matçının canlı yayımlanacağı kanal məlum oldu

"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Düdelanj”la ilk oyunu "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Newsport.az-ın məlumatına görə, bu haqda "CBC Sport" saytına kanalın baş direktoru Volkan Üst məlumat verib:

"Qarabağ” rəsmiləri ilə danışıqlarımız müsbət nəticə verib. Hələlik yalnız rəsmi müqavilənin imzalanması qalır. Ancaq demək olar ki, bütün məsələlərdə ortaq məxrəcə gəlmişik. Avropa Liqasından sonra Çempionlar Liqasının oyununu yayımlamaq bizim üçün böyük təcrübədir. Əminəm ki, bu işin öhdəsindən də uğurla gələcəyik. Çempionlar Liqası olduqca nüfuzlu bir turnirdir və CBC Sport-da bu yarışın bir hissəsi olmaqdan qürur duyur. "Qarabağ”a qitə miqyaslı yarışda uğurlar arzu edirik və inanırıq ki, Ağdam klubu yenə qrup mərhələsinə yüksələ biləcək”.

Qeyd edək ki, iyulun 12-də keçiriləcək "Qarabağ” – "Düdelanj” oyunu saat 21:00-da başlayacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right