“Qarabağ” – “Düdelanj” oyununa biletlərin qiyməti açıqlandı

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "F91 Düdelanj" (Lüksemburq) qarşılaşmasının biletləri satışa çıxır.

Newsport.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, biletlər iyulun 7-si saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Azarkeşlər biletləri görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, "Qarabağ" - "F91 Düdelnaj" matçı iyulun 12-si saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13 və 16-18 nömrəli sektorlar - 5AZN

VİP (14-15 sektorlar) - 30 AZN





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right