Rəşad Sadiqov: “Builki “Qəbələ” ötənilkindən daha güclüdü”

"Qəbələ”nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının I təsnifat mərhələsininb ilk oyunları çərçivəsində baş tutan "Qəbələ” – "Samtredia” (5-1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Böyükhesablı qələbə qazandınız. Bu nəticə sizin gücünüz idi, yoxsa rəqib zəif təsir bağışladı?
- Mənim fikrimcə komandamız layiqli qələbə qazandı. Ən əsası, biz bu gün çox yaxşı oynadıq. Rəqibin zəif olması və ya bizim necə oynamğımız haqqında mütəxəssislər, oyuna baxan insanlar rəy verə bilər. Sadəcə, 5-1 hesablı qələbə qazanmağımız onu göstərdi ki, bunun səbəbi güclü olmağımızdır. 
 
- Müəyyən vaxtlarda komanda üstünlüyü rəqibə verdi. Bu nə ilə bağlı idi?
- İkinci hissənin əvvəlində komandada müəyyən qədər arxayınlıq yarandı. İstər-istəməz 3-0 hesabı ilə öndə olan zaman belə hallar olur. Rəqib də bu hesabdan sonra gücünü ortaya qoymuşdu və bizi sıxmağa çalışırdı. Qapımızdakı qoldan sonra komandamız "ayıldı” və növbəti qollarını vurmağa davam etdi. 
 
- Oyundan öncə kimsə sizə 5-1 hesablı qələbə qazanacaqsınız desəydi, həmin adama gülməzdiniz?
- Gülməzdim. Futbolda belə hallar olur. Meydanda olan komandalardan biri qalib gəlir, digəri isə stadionu məğlubiyyətlə tərk edir. Bizim az vaxtda yaxşı komandamız yaranıb. Mənə elə gəlir ki, builki komandamız ötənilkindən daha güclüdü. Mən bunu Gürcüstan toplanışı zamanı da demişdim. Düzdü, ola bilər ki, bu il qrupa düşməyək. Bu, bizim rəqiblərimizin kimliyindən asılı olacaq. 
 
- Rəşad, qələbələrinizin davamı gələcəkmi?
- Çalışacağıq ki, səfərdə də qələbə qazanaq. 
 
- Böyükhesablı qələbələrdən sonra komandalarda motivasiya yüksək olmur...
- Yəqin ki, bu baxımdan bizim problemimiz olmayacaq.
 
- Növbəti rəqibinizin hansı komanda olmasını istəyirsiniz?
- Hələ ki, növbəti mərhələ haqqında düşünmürük. Bizim qarşıda səfər oyunumuz var və qələbə qazanıb reytinqimizi yüksəltmək istəyirik. Qəbələ qazanmaq üçün əlimizdən gələni edəcəyik və bundan sonra növbəti rəqib haqqında danışmaq olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right