Zidan Ronaldonun finalda oynayıb-oynamayacağını açıqladı

Bu gün Çempionlar Liqasında 2015/16 mövsümünə yekun vurulacaq. 1 nömrəli futbol turnirinin finalında iki Madrid təmsilçisi – "Real” və "Atletiko” komandaları üz-üzə gələcək. 
 

Newsport.az-ın məlumatına görə, "San Siro”da baş tutacaq matçdan öncə keçirilən mətbuat konfransında "Real”ın çalışdırıcısı Zinəddin Zidan komandanın finaldan öncəki heyətlə bağlı problemlərindən danışıb. O, komdandanın əsas futbolçusu Ronaldonun final matçına hazır olduğunu bildirib: "Heyətlə bağlı ciddi problemimiz yoxdur. Komandanın Madriddə baş tutan məşqi zamanı zədə alan Ronaldonun durumu da yaxşıdır. Ronaldo final üçün yüz faiz hazırdır. Əgər Ronaldonun kiçik bir problemi varsa da, final matçında bunu unutmalıdır”. 
 
Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtıyla 22:45-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right