"Real" "lotoreya"da qalib gələrək ÇL-in qalibi oldu YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin qalibi bəlli olacaq.

Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası  - “Real” və “Atletiko” üz-üzə gələcək.

“San-Siro”da keçiriləcək Madird derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İspaniya La Liqasında mövsümü ikinci və üçüncü pillədə başa vuran bu komandaların oyunu maraqla gözlənilir.

Sonuncu dəfə iki il əvvəl Çempionlar Liqasının qalibi olan “Real” finalda məhz “Atletiko”ya qalib gəlmişdi. Buna görə də Dieqo Simeonenin komandasının həm də revanş oyununa çıxacağını demək olar. 



 

28 may

Çempionlar Liqası, final

22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) 1:1

Qol: Serxio Ramos, 15 (1:0), Karrasko, 79 (1:1)

Penaltilər

Real: + + + + +

Atletiko: + + + -


Baş hakim: Mark Klattenburq

Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Milan. “San Siro” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right