"Real"da şok: Ronaldo "Mançester Siti"yə qarşı oynamayacaq

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə ilk matçda oynamayacaq.

Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə. portuqaliyalı hücumçunun adı sözügedən qarşılaşma üçün nə əsas, nə də ehtiyat oyunçular sırasında yer alıb. O, zədə səbəbindən sözügedən matçda ilk18-liyə daxil edilməyib.

Qeyd edək ki, K.Ronaldo zədəli olduğuna görə La Liqada "Rayo Valyekano" ilə görüşü buraxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right