Çempionlar Liqası: yarımfinalın cütləri bəlli oldu YENİLƏNİB

Bu gün Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.

Newsport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal və final mərhələlərinin püşkü atılıb.
 
Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 ən güclü komanda əvvəl iki yarımfinal cütünü təşkil edib. Yarımfinalda "Mançester Siti” "Real”la, "Atletiko” isə "Bavariya” ilə qarşılaşacaq.
 
Ardınca mayın 28-də, İtaliyanın Milan şəhərində baş tutacaq finalın nominal meydan sahibi müəyyənləşib. Bu, "Mançester Siti” - "Real” cütünün qalibi olacaq.
 
Yarımfinal
26-27 aprel/3-4 may
 
1. "Mançester Siti” (İngiltərə) - "Real” (İspaniya)
2. "Atletiko” (İspaniya) - "Bavariya” (Almaniya)

 
Final

28 may, Milan
1-ci cütün qalibi – 2-ci cütün qalibi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right