"Bavariya" və "Atletiko" yarımfinalda YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə,  keçiriləcək iki oyunla daha iki yarımfinalçının adı bəlli olacaq.

Madridin “Atletiko” klubu öz meydanında “Barselona”nı qəbul edəcək. İlk oyunda Kataloniya klubu 2:1 hesablı qələbə qazandığından şanslar bərabər qiymətləndirilir.

Digər oyun Portuqaliyada baş tutacaq. Burada “Benfika” “Bavariya”nı qəbul edəcək. Almaniyada keçirilən ilk oyunda Münhen təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Buna görə də bu cütün mərhələ adlamaq şansları da bərabərdir.

 

13 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) - 2:0 
Qol:
 Qrizmann, 36 (1:0), 88-pen.
İlk oyun - 1:2

22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) - 2:2 
Qollar:
 Ximenes, 27 (1:0), Vidal, 38 (1:1), Müller, 52 (1:2), Taliska, 76 (2:2)
İlk oyun - 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right