"Bunu da bacaracağıq, sadəcə, evdə 2 qol buraxmağımız pisdi"

PSJ-nin baş məşqçisi Loran Blan Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə keçirilən ilk oyunu (2:2) şərh edib. 

Newsport.az-ın məlumatına görə, Blan həlledici qarşılaşmanın İngiltərədə olacağını deyib. O, qarşılaşmaya nəzarət etsələr də, “Siti”nin olduqca effektiv oynadığını da vurğulayıb:

“Bilirdik ki, “Mançester Siti” olduqca güclü komandadı. Bu komandanın heyətində yüksək səviyyəli futbolçular var. Amma PSJ-də öz səviyyəsinə uyğun oynadı. Sadəcə, evdə 2 qol buraxmağımız pisdi.

Ancaq bütün hallarda həlledici qarşılaşma irəlidədi. İngiltərədə oyun təcrübəsinə malikik. Artıq “Çelsi” ilə qarşılaşmışıq. Hesab edirəm ki, bunu da bacaracağıq. Biz oyuna nəzarət etsək də, “Siti” hücumda olduqca effektli təsir bağışladı”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right