Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 1/4 final cütlükləri müəyyənləşib.

Bu mərhələdə İspaniya 3, Almaniya 2, İngiltərə, Portuqaliya və Fransa isə hərəyə 1 klubla təmsil olunur. Püşk İspaniyanın iki klubu - "Barselona" və "Atletiko"nu üz-üzə qoyub.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın oyunları 5/6 və 12/13 aprel tarixlərində keçiriləcək. 



Çempionlar Liqasında 1/4 finalın cütlükləri:

"Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)

"Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right