Mançester və Madriddə səssiz gecə

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

"Mançester Siti" evdə "Dinamo" (Kiyev) klubunu qəbul edib. Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn "şəhərlilər" cütün favoriti hesab olunurdu. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə "Mançester Siti" tarixində ilk dəfə ÇL-in 1/4 finalına yüksəlib.

Digər oyun Madriddə baş tutub. Burada "Atletiko" PSV-ni sınağa çəkib. İlk görüşdə olduğu kimi bu matçda da 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə vaxtda da hesab açılmadığından penaltilər təyin edilib. Burada daha dəqiq olan meydan sahibləri 8:7 hesabı ilə qalib gələrək mərhələni adlayıb.

 

15 mart

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar

23:45. “Mançester Siti” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna) - 0:0 
İlk oyun - 3:1 
  
23:45. “Atletiko” (Madrid, İspaniya) - PSV (Hollandiya)- 0:0 (penaltilər seriyası - 8:7)
İlk oyun - 0:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right