Çempionlar Liqası: "Real" və "Volfsburq" 1/4 finalda YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Madriddə "Real" "Roma"nı sınağa çəkəcək. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "kral klubu" cütün favoriti hesab olunur.

Günün digər qarşılaşması Almaniyada keçiriləcək. Burada "Volfsburq" Belçika "Gent"ini qəbul edəcək. Səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn Almaniya təmsilçisi 1/4 finala daha yaxın görünür.

Qeyd edək ki, sabah 1/8 finalın daha iki oyunu keçiriləcək.

 


8 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Real" (Madrid, İspaniya) - "Roma" (İtaliya) - 2:0 
İlk oyun - 2:0
Qol: Ronaldo, 64, Xese Rodrigez, 68

23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)  - 1:0 
İlk oyun - 3:2
Qol: Şürle, 74





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right