Cüneyt Çakır "Barselona"nın oyununa təyinat aldı

Çempionlar Liqasında  1/8 finalın daha iki oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, fevralın 23-ü keçiriləcək  "Arsenal" - "Barselona"  matçı türkiyəli hakim Cüneyt Çakıra həvalə olunub. Ona  Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Çem Satman yerinə yetirəcək.

Həmin gün keçiriləcək digər oyun - "Yuventus" - "Bavariya " görüşünü isə ingiltərəli Mişel Mullarkey idarə edəcək. Ona Stefan Çild və Mişel Oliver köməklik edəcək.  Qari Beşvik isə dördüncü hakim olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma fevralın 23-ü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right