"...o zaman artıq karyeramı bitirərəm" - Rəşad Abdullayev

"Zirə"nin kapitanı Rəşad Abdullayev "Rəvan"la (2:1) matçdan sonra müsahibə verib.

- Oyun haqda fikirlərinizi bildirərdiniz...

- Çətin oyunkeçdi. “Rəvan” bizə asanlıqla təslim olmadı. Özünüz də gördünüz ki, bizə çətin anlar yaşatdılar. Əsas odur ki, qələbə qazana bildik.

- Baş məşqçiniz Adil Şükürov mətbuat konfransında bildirdi ki, artıq çempionluq uğrunda mübarizə aparırıq. Bəs, siz futbolçular bu mübarizədə özünüzə inanırsınz?

- Sözün düzü, istəyirik ki, liderlər qrupunda olaq. Fikrimiz çempionluğa oynamaq deyil. Biz sadəcə, o yola doğru gedirik. Amma sırf olaraq üst pillələrdə qalmaq istəyirik

- Qol imkanlarınızın sayı çox olsa da, yalnız iki qol vurdunuz...

- Bəzən belə hallar olur və fürsətləri dəyərləndirə bilmirsən. Rəqib hesabı bərabərləşdirsə də, özümüzdə güc tapıb qələbə qolunu vurduq.

- Üçüncü dövrədə keçirilən oyunlarda matça sonradan daxil olursunuz...

- Bu, futboldur. Məşqçilərin hər bir qərarına hazır olmalıyıq.

- Sizcə, artıq yaş öz sözünü deyir?

- Mən nə zaman hiss etsəm ki, oynaya bilmirəm, o zaman artıq karyeramı bitirərəm. Amma mən özümdə güc hiss edirəm. Düzdür, əvvəlki kimi deyil. Amma buna baxmayaraq, komandama hər zaman faydalı olmağa çalışıram.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right