Çempionlar Liqasında qrup mərhələsinin rəmzi komandası: “Barselona”dan heç kim yoxdu!

Çempionlar Liqasında qrup mərhələsinin rəmzi komandası məlum olub.

Newsport.az-ın məlumatına görə, qitənin ali futbol qurumu qrupda ən yaxşı təsir bağışlamış oyunçulardan ibarət rəmzi "11-lik” müəyyənləşdirib.
 
Maraqlıdı ki, qrup səddini problemsiz aşan turnirin son qalibi "Barselona”nın heç bir oyunçusu bu siyahıya düşməyib. Əvəzində "Bavariya” və PSJ hərəyə 2 oyunçu ilə təmsil olunub.
 
Qrup mərhələsini rəmzi komandası:
Qapıçı: Kevin Trapp (PSJ, Fransa);
Müdafiəçilər: David Alaba ("Bavariya", Almaniya), Dieqo Qodin ("Atletiko", İspaniya), Tyaqo Silva (PSJ, Fransa), Andrea Barzalyi ("Yuventus", İtaliya);
Yarımmüdafiəçilər: Rəhim Sterlinq ("Mançester Siti", İngiltərə), Villian ("Çelsi", İngiltərə), Sven Kums ("Gent", Belçika);
Hücumçular: Kriştiano Ronaldo ("Real", İspaniya), Halk ("Zenit", Rusiya), Tomas Müller ("Bavariya", Almaniya).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right