Əfsanə yubiley matçına çıxdı

Ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunlarına yekun vurulub.
 

Newsport.az saytının məlumaına görə,gecənin ən maraqla gözlənilən qarşılaşmalarından biri Turində baş tutub. Yerli "Yuventus” İngiltərənin "Mançester Siti” klubunu qəbul edib. Qarşılaşma "Yuve”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yegane qolu 18-ci dəqiqədə Mandzukiç vurub.
 
Sözügedən matç "Yuventus”un əfsanəvi qapıçısı Canluici Buffon üçün əlamətdar olub. O, "şəhərlilər”lə matçda 90 dəqiqə oynamaqla Çempionlar Liqasında yubiley oyununa çıxıb. Belə ki, Buffon "Yuventus” forması ilə Çempionlar  Liqasında 100-cü oyununu keçirib.
Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus”un formasını geyinir. O, Turin klubunun heyətində 435 rəsmi oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right