Qəbələ Yunanıstana çatdı

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstan PAOK-unun qonağı olacaq "Qəbələ" bu gün səhər sözügedən ölkəyə yollanıb.

Newsport.az-ın məlumatına görə, bölgə təmsilçisi Yunanıstana birbaşa Qəbələdən, çarter reysi ilə yola düşmüşdü. Artıq komandamız mənzil başına çatıb.

Roman Qriqorçuk bu gün komandasını oyunun keçiriləcəyi "Tumba" stadionunda son məşqə çıxaracaq. Ukraynalı mütəxəssis həmçinin jurnalistlər üçün mətbuat konfransı da təşkil edəcək.

Qeyd edək ki, PAOK - "Qəbələ" oyunu noyabrın 26-dan 27-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right