AFFA nümayəndəsi ÇL matçında direktor olacaq

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov  daha bir UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsi matçında iştirak edəcək.

Newsport.az-ın məlumatına görə, o, BATE (Belarus) - "Bayer" (Almaniya, Leverkuzen) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 24-də Borisov şəhərindəki "Borisov Arenada" baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right