Çempionlar Liqasında III turun ən yaxşı qolu müəyyənləşdi

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turu çərçivəsində vurulan ən gözəl qol müəyyənləşib.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən internet-səsvermədə "Zenit”in ulduzu Halk həmkarlarını qabaqlayıb. 
 
Braziliyalı futbolçunun "Lion”un qapısına vurduğu top azarkeşlərin rəğbətini qazanıb. Bu qol səslərin 34 %-ni toplayıb. 
 
Maraqlıdır ki, azarkeşlərin səsverməsi nəticəsində daha öncə Halk turun ən yaxşı futbolçusu seçilmiş, rəmzi yığmaya düşmüşdü. Özü də o, ardıcıl 4 turda da bunu bacaran yeganə futbolçudur. 
 
Qeyd edək ki, Halk cari mövsüm Peterburq klubunun heyətində ümumilikdə 18 oyuna çıxıb və 
10 qol + 17 məhsuldar ötürmə ilə yadda qalıb. ÇL-in ilk 3 turunda isə braziliyalı 3 qol vuraraq 2 dəfə də assist edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right