"Komandamla fəxr edirəm" - Qriqorçuk

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Borussiya"ya (Dortmund) böyük hesabla (1:3) məğlub olan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis komandasının oyunundan razı qaldığını deyib:

- İlk növbədə rəqibə gözəl oyununa görə təşəkkür edirəm. Sağ olsunlar ki, bizimlə oyuna əsas heyətlə çıxdılar. Öz komandamın oyunundan razı qaldım. Mən "Borussiya"nın son bir neçə oyununu izləmişəm. Ancaq hansısa komandanın onların qapısında bu qədər qol fürsəti yaratdığını görməmişəm. Təəssüf ki, bu şanslardan istifadə edə bilmədik.

- Son iki oyunda komanda qalib gələ bilmədi. Halbuki 6 xal ala bilərdik. Bizi "Borussiya" ilə səfər oyununda nə gözləyir?
- Bəli, "Krasnodar"la oyunda qalib gələ bilərdik. Ancaq eyni sözləri bu günkü oyunla bağlı deyə bilməyəcəm. Çünki "Borussiya" bu oyunda qələbəyə layiq idi. Səfərdəki oyuna gəldikdə isə, düşünmürəm ki, orda bizə burdakından çətin olacaq. Sadəcə, onu deyə bilərəm ki, mən komandamla fəxr edirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right