Samir Əliyev: "..."Xəzər Lənkəran" hər dişdə sınan qoz deyil" MÜSAHİBƏ

“Xəzər Lənkəran”la oyundan 1 gün öncə “Neftçi”nin baş məşqçisi Samir Əliyev mətbuat konfransı keçirirb.

Newsport.az-ın məlumatına görə,konfransda “böyük oyun”la yanaşı bir neçə məsələlərə toxunana Əliyevin müsahibəsini təqdim edirik:
 
-“Xəzər Lənkəran”la oyunun hazırlıqları necə gedir?
-İlk 4 turda necə hazırlaşmışıqsa elə də davam edirik. Hər şey qaydasındadı. 
 
-Heyətdə hansı problemləriniz var?
-Qapıçımız Aqil Məmmədov zədədən əziyyət çəkir. Bildiyiniz kimi, Aylton da cəzalıdır. Bu futbolçular “Xəzər Lənkəran”la oyunu buraxacaq. 
 
-Aqilin əvəzinə kim oynayacaq? 
-Çox güman yeni transferimiz Peskoviçə şans verəcəyəm.
 
-“Xəzər Lənkəran”ın heyəti göz qabağındadır. 4-5 futbolçunu çıxmaq şərti ilə hamı gənc futbolçulardır. “Xəzər Lənkəran” – “Neftçi” iddiası isə uzun illərdir davam edir. Hansı nəticəni gözləmək olar?
-Düzdü, “Xəzər Lənkəran”ın heyətinin əsasını gənc futbolçular təşkil edir. Amma bu gənclər ötən mövsüm əsas heyətdə oynayıb və “bişiblər”. “Neftçi”nin heyətində də çoxlu gənclər var.  Həm “Xəzər Lənkəran”, həm də “Neftçi” əvvəlki heyətə malik deyil. Amma buna baxmayaraq bu oyuna maraq azalmır. Həm biz futbolçular, həm də məşqçilər “böyük oyun”un mahiyyətini dər edir. 
 
-“Xəzər Lənkəran”ın zəifləməsi sizdə arxayınlıq yaratmır?
-Mən deməzdim ki, “Xəzər Lənkəran” zəifdir. Böyükağa Hacıyevin belə bir sözü var, “Xəzər Lənkəran” hər dişdə sınan qoz deyil. Bizi sabah çox gərgin oyun gözləyir. 
 
-Baxışda olan Rodrigos Filyo ilə bağlı qərar vermisinizmi?
-Bəli, artıq qərar vermişəm. Komandada qalacaq. Bir neçə günə rəsmimüqaviləyə qol çəkəcək. 
 
-Əlinizdəki heyətlə cari mövsümdə “Neftçi”dən hansı nəticə gözləyə bilərik?
-Bütün oyunlara qələbə əzmi ilə çıxırıq. Düzdü qazanılan xalları çətinliklə əldə edirik. Ammayenə deyirəm sabah qələbə üçün oynayacağıq. Çünki qarşıda  “Qarabağ”la çətin oyunumuz var. Bizə qələbə hava və su kimi lazımdır. 
 
-Sabahkı oyunda qələbə qazansanız, “Neftçi”ni artıq stabil oynayan komanda kimi dəyərləndirə bilərik? 
-Əlbəttə, qələbə vacibdi. Bu futbolçularda özlərinəinamı daha da artıracaq. Amma qarşıda uzun marafon var. Heyətdə gənc futbolçular olanda, irəli getmək biraz çətin olur. Ola bilsin stabillik olmayacaq. Daha əvvəl də demişəm. Dekabr ayınadək bu heyətlə oynayacağıq. Yanvarda mütlət transferlərimiz olacaq. Yanvarda iki güclü futbolçu ilə heyətimizi gücləndirəcəyik. 
 
-Tranfer edəcəyiniz futbolçular legionerlər olacaq? Ötən mövsüm qış transfer dönəmində “Neftçi” Legioner futbolçu gətirmədi. Bildirilidi ki, “Neftçi” ancaq yerli futbolçularla oynayacaq...
-Yəqin ki,legioner futbolçu olacaq. Çünki bildiyiniz kimi, yerli futbolçu almnaq bir qədər çətindi. Səviyyəli oyunçular bu günkü gündə “Qarabağ” və “Qəbələ”nin heyətində yer alırlar. Yəqin ki,Legioner futbolçu alacağıq. 
 
 
-Ruslan Abışov və Vüqar Nadirovun adı “Neftçi” ilə hallanırdı.Həqiqətən də onlarla maraqlanırdınızmı? Əgər maraqlanırdızsa niyə transferlər baş tutmadı?
-Hər iki futbolçu həm təcrübəli həm də, millinin əsas oyunçulardır.  Məndə istəyərdim ki, heyətimizdə təcrübəli futbolçular olsun. Amma bu futbolçuların “Neftçi”yə gəlməsi barədə söz-söhbət olmayıb. 
 
-Bayaq qeyd etdiniz ki, yeni transferlər olacaq. Əsasən hansı mövqeləri gücləndirəcəksiniz?
-Biz dekabr ayınadək keçirəcəyimiz oyunlara baxacağıq Hansı mövqedə probelmimiz olacaqsa, o, mövqedə də güclənəcəyik.
 
-Vaxtıilə “böyük oyun”un iştirakçısı olmusunuz. Amma qərara əsasən “boyük oyun”a azarkeşlər buraxılmır. Sabahkı oyunda “Xəzər Lənkəran” azarkeşlərini meydanda görməyəcəyik. Məşqçi kimi yox, “böyük oyun”un iştirakçısı kimi,  bu qərarı nə dərəcədə ədalətli sayırsınız?
-Bu qərara hörmətlə yanaşmalıyıq. Amma “böyük oyun” deyilirsə,  hər iki komandanın azarkeşləri bu oyunda iştirak etməlidi.Çox istərdim ki, Lənkərandakı oyunda həm “Neftçi” azarkeşləri, həm də “Xəzər Lənkəran” azarkeşləri tribunada olsun. Münki futbol azarkeşlər üçün oynanılır. İstərdim ki, bu qərar tezliklə aradan qaldırılsın. 
 
-Hazırda “Neftçi” və “Xəzər Lənkəran”ın heyəti çox zəifləyib. Düşünmürsünüz ki, “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasındakı görüş böyük oyun” statusunu itirib?
Düzdü, hardasa bunu demək olar. Əvvəlki kimi olmasa da, yenə də “böyük oyun”du. 
 
-Bildirdiniz ki, qışda ən azı 2 futbolçu transfer edəcəksiniz. Bu iki futbolçu sizə azlıq etməyəcək?
-Klubun strategiyası var. Biz istəmirik ki, əlimizə keçən legioneri transfer edək. Akademiyadan da futbolçularımız yetişir. Onları da sınamalıyıq. Onlara da, şans verməliyik. Kim ələkdən keçəcəksə həm “Neftçi”, həm də Azərbaycan futbolu qazanacaq. Yox əgər kim keçə bilməyəcəksə bayaq dediyim kimi, onalrın yerini qışda legionerlərlə dolduracağıq. 
 
 
-Artıq 4 tur geridə qalıb. Siz əvəzedici komandadan cəlb etdiyiniz hər-hansı futbolçunun üstündə durursunuzmu? Yəni hansı gənc futbolçunu dəyərləndirə bilərsiniz?
-Kamal Qurbanov sağ cinahda Məqsəd İsayevlə mübarizə aparır. Mirabdulla Abbasov var.Orxan Qurbanlı var. Biz iatəyirik ki, onlara şans verək. Amma nəticələr də, bizi bir tərəfdən sıxır. Indi əvəzedici komandanın oyununda gəlirəm. Bütün futbolçuları izləyib və diqqətdə saxlayırıq. Yaxşı uşaqlar var. Kim ki, özünü göstərəcək o, da irəli gedəcək. Ötən tur “Rəvan”la oyunda Fəhmin Muradbəyliyə şans verdim. O, da ümidləri doğrultdu. Çlışacağıq ki, belə futbolçulara daha çox şans verək.

Mərdan Həsənov

 
 
  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right