"Ümid edirəm ki, ona çoxlu qollar həsr edəcəm" - Kadi Borges

"Qarabağ"ın futbolçusu Kadi Borges "Neftçi" ilə matçdan sonra Newsport.az-a açıqlama verib.

Braziliyalı "ağ-qaralar" üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edərkən vurduğu qolu yeni doğulan qızına həsr etdiyini bildirib: "Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Bir ay əvvəl qızım dünyaya gəlib. İlk dəfə idi ki, oyunuma baxmağa gəlmişdi. Ümid edirəm ki, ona hələ çox qol həsr edəcəm".

Borges Azərbaycan derbisində qazandıqları görüşlə haqda isə bu cür danışıb: ​"Əslində, çətin oyun olacağını düşünürdük. İlk yarıda çatışmayan cəhətimiz yaradılan qol imkanlarından istifadə etməməyimiz idi. Fasilədə Qurban Qurbanov bildirdi ki, təmkinli olmağa davam etməliyik. Dedi ki, bu cür davam etsək, qollarımızı vuracağıq. Elə də oldu. Yenə də qol imkanları yaratdıq və bunlardan istifadə etdik. Hər oyunun gərgin keçəcəyini meydana çıxanda ehtimal edirik. Özü də rəqib "Neftçi"dirsə, bunu ehtimal etmək mümkündü. Çünki bu, derbidi. Yəni, belə olacağını bilirdik".

Ağdam klubunun aparıcı üzvü Avropa Liqasının G qrupunda beş gündən sonra oynayacaqları "Olimpiakos"la görüşdən gözləntiləri barədə bunları deyib: "Avrokuboklarda oyunların səviyyəsi hər kəsə bəllidi. "Olimpiakos"a qarşı oyun da çətin keçəcək. Bizim üçün əsas məsələ tezliklə bərpa olmağımızdı. Ki, həmin oyuna hazır olaq".

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right