Qara Qarayev: "Neftçi"yə qarşı bu cür oyunlardan ötrü darıxmışdım"

"Bu gün Suraxanıda belə atmosferdə oynamaq, "Neftçi"yə qarşı belə azarkeş qarşısında oynamaq xoş idi. Buna görə şad olduq. Onların adı var. Bizimlə oyuna xüsusi hazırlaşırlar. Çox maraqlı oyun oldu. İlk hissədə rəqibə imkan vermədi. Özümüz 4 real qol imkanı yaratdıq, amma istifadə edə bilmədik. Fasilədən sonra da eyni ssenari ilə davam etdik, "Neftçi"nin ön xəttini "bağlaya" bildik. İkinci yarıda da fürsətlərimiz çox oldu. Ən əsası odur ki, istifadə etdik. Vacib qələbə qazandıq.
 
Bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Premyer Liqanın VIII turunda "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra Newsport.az-ın suallarını cavablandırarkən deyib.
 
- İlk yarıda "Neftçi"nin üstünlüyü var idi. Gözləyirdiniz bunu?
- Məncə, üstünlük yenə də bizdə idi. Həm qapıya vurulan zərbələrdə, həm də real qol imkanlarında. Sadəcə olaraq, birinci hissədə bəlkə də "Neftçi" müəyyən dəqiqələrdə istəyinə nail ola bilirdi. İkinci yarıda tamamilə qarşısını kəsdik. İlk yarıda da qələbəni haqq edən biz idik.
 
- Müəyyən dəqiqələrdə gərginlik pik həddə çatırdı...
- Normaldır da, inkişaf etmək istəyiriksə, mütləq rəqabət olmalıdı. Emin Mahmudovla Marko Veşoviç, Şahruddin Məhəmmədəliyevlə Voyislav Stankoviç, Eddi İsrafilovla Filip Ozobiç oyun bitən kimi əl verib görüşdülər. Bu da, həm "Neftçi", həm "Qarabağ"a yaraşan jest idi. 
 
- "Neftçi" üzərində qazandığınız qələbə çempionluq mübarizəsinə aydınlıq gətirdi?
- Qətiyyən belə düşünmürəm. Növbəti oyunlara daha ciddi olmalıyıq. Rəqiblər "Neftçi"yə qalib gəldiyimizi bilərək, bizə qarşı daha çox motivasiyalı olacaq. "Neftçi" revanş almaq üçün əlindən gələn bütün imkanları iustifadə edəcək. Çempionat hələ indi başlayır. Bu gün mənim üçün xoş gün idi. "Neftçi"yə qarşı belə oyunlar ötrü darıxmışam. Belə oyunların, rəqabətlərin sayı çox olsa, tez inkişaf edərəik. 
 
- "Olimpiakos"la səfər görüşü barədə nə düşünürsünüz?
- "Neftçi" ilə oyuna qədər heç nə düşünməmişdik. Baş məşqçimiz yəqin sabahdan etibarən "Olimpiakos" haqda fikirlər deyəcək. Düşünürəm ki, bizi çətin səfər oyunu gözləyir. Ən azından öz azarkeşləri qarşısında oynayacaq. Aqressiv komandadı, azarkeşləri çılğındı. Bu detalları bilirik. Oyun planında hansı üstünlüklərə malik olduqlarını sabahdan biləcəyik.
Hacı Mərdan




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right