Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
İlk matç Tovuzda baş tutub. Yerli "Turan Tovuz" azarkeşləri önündə "Zirə"ni qəbul edib. Görüş bakılıların qələbəsiylə başa çatıb.
Günün və turun mərkəzi görüşü Suraxanıda oynanılıb. Lider "Qarabağ" əzəli rəqibi "Neftçi" ilə üz-üzə gəlib. 4 qolun vurulduğu matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Tura sabah yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
1 oktyabr
18:00. "Qarabağ" – "Neftçi" - 3:1
Qollar: Kadi Borqes, 56,Abdullah Zubir, 67, Kvabena Ovusu, 74 - Eddi İsrafilov, 24
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”
15:30. "Turan Tovuz" – "Zirə" - 1:3
Qollar: Natan Oduva, 27 - Coşqun Diniyev, 33, Hamidu keyta, 40, 47
Hakimlər: Rauf Abdullayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
Tovuz şəhər stadionu