Avroliqa: “Qarabağ”ın müdafiəçisi ilk “5-lik”də!

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb.

Newsport.az xəbər verir ki, bu barədə yarışın sosial şəbəkə hesablarında paylaşım edilib.

25 yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna müvəffəq olub. Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.

İlk sırada “köhlən atlar”ın qrupdakı rəqibi Fransa “Nant”ında çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan “Ferentsvaroş”undan Sami Mmae (11) 2-ci pillədədir.

Xatırladaq ki, ilk turda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan “Qarabağ” 2-ci turda Bakıda “Nant”ı 3 cavabsız qolla məğlub edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah